Türkiyədə koronavirusun sürətlə yayılmasına baxmayaqraq, “Beşiktaş” məşqləri bərpa edib.
Maraqlıdır ki, İstanbul klubu bu baxımdan superliqanın digər komandalarını qabaqlayıb.Məşq prosesində Gökhan Gönül, Caner Erkin, Güven Yalçın, Necip Uysal, Tayler Boyd, Atiba Hatçinson, Ersin Destanoğlu, Burak Yılmaz, Domoqoy Vida, Adem Lyayiç, Umut Nayır və Utku Yuvakuran iştirak edib.
Xatırladaq ki, aprelin 23-də Türkiyədə 4 günlük komendant saatı tətbiq olunacağından "Beşiktaş"ın futbolçuları məşqləri məcburən evdə davam etdirəcəklər.